Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi - FOTO

Fövqəladə Hallar Nazirliyinin İsmayıllı Rayon Yanğından Mühafizə Hissəsinin rəisi, polkovnik-leytenant İlkin Cəfərov vəzifəsindən azad edilib.
"Cebheinfo.az" "Qaynarinfo"ya istinadən xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.
Əmrə əsasən, İlkin Cəfərov vəzifəsindən azad edilərək, təqaüdə göndərilib.
Hazırda İsmayıllı Rayon Yanğından Mühafizə Hissəsinin rəis müavini Rauf Salmanov rəis vəzifəsini icra edir.
"Cebheinfo.az"