Pakistanın müdafiə naziri: "Hindistanın cavabını gözləyirik"

Pakistanın müdafiə naziri: "Hindistanın cavabını gözləyirik"

Nyu-Delhi Pakistanın Baş naziri Şahbaz Şərifin Kəşmirdəki terror aktının araşdırılması üzrə müstəqil komissiyanın yaradılması təklifinə cavab verməlidir.

Oxu.Az-ın xəbərinə görə, bu sözləri Pakistanın müdafiə naziri Xavaca Asif "RIA Novosti"yə müsahibəsində deyib.

Onun sözlərinə görə, xüsusi komissiya və ya istintaq qrupu araşdırma aparmalı və faciəvi hadisələrin törədilməsində günahkar olanları müəyyən etməlidir.

"Qoy Hindistan buna cavab versin. Baş nazirimiz Şahbaz Şərif bu gün səhər istintaq qrupunun yaradılmasını və günahkarların tapılmasını təklif edib", - deyə Xavaca Asif qeyd edib.

"Cebheinfo.az"