Yeni Papa bu tarixdə seçilə bilər

Katolik dünyasının yeni liderinin seçiləcəyi konklav 7 may tarixində toplanacaq.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Reuters” xəbər agentliyi məlumat verib.
Belə ki, həmin gün keçiriləcək səsvermədə üçdə iki çoxluq qazanan kardinal, yeni Papa kimi elan olunacaq.
2005 və 2013-cü illərdə keçirilən əvvəlki iki konklav cəmi iki gün davam etmişdi. Qaydalara əsasən, səsvermədə üçdə iki çoxluq qazanan kardinal, əgər bu vəzifəni qəbul edərsə, yeni Papa kimi elan olunur.
Yeni Papa olmağa namizəd kimi göstərilən kardinallar arasında italyan Pietro Parolin, macar Peter Erdo, amerikalı Raymond Leo Burke, italyan Matteo Maria Zuppi, filippinli Luis Antonio Gokim Tagle, italyan Pierbattista Pizzaballa, ganalı Peter Turkson və maltalı Mario Grech kimi tanınmış adlar yer alır.
Əfsanə Rəcəb
“Cebheinfo.az”