Turist Hindistanla Pakistanı müharibə həddinə gətirən terror anını çəkdi

Sosial şəbəkələrdə Cənubi Asiyanın iki nüvə dövləti - Hindistan və Pakistan arasında tammiqyaslı müharibəyə səbəb ola biləcək terror aktının baş verdiyi anın əks olunduğu kadrlar yayılıb.
Oxu.Az-ın verdiyi məlumata görə, şokedici video həmin vaxt kanatda əylənən turist tərəfindən təsadüfən çəkilib.
Həvəskar çəkilişin kadrlarında atəş səsləri və insanların qışqırıqları aydın eşidilir, onlar panika içində müxtəlif istiqamətlərə qaçır və şiddətli atəşdən qorunmağa çalışaraq yerə yıxılırlar.
"Cebheinfo.az"