Bakıda 62 yaşlı qadını avtomobil vurub

Bakının Sabunçu rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sabunçu qəsəbəsində avtomobil yolu keçən 62 yaşlı Şəfaqət Abbasovanı vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ ayağının sınığı diaqnozu qoyulub. Yaralı "Report"a bildirib ki, onu vuran avtomobil hadisə yerindən qaçıb.
Hadisənin təfərrüatı araşdırılır./"Report"
"Cebhe.info"