Bakıda bir yaşlı körpə qəzada ağır xəsarət alıb

Bakıda bir yaşlı körpə qəzada ağır xəsarət alıb

Bakının Xətai rayonunda bir yaşlı körpənin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Report-un məlumatına görə, Babək prospektində iki avtomobilin toqquşması nəticəsində sərnişin, 2022-ci il təvəllüdlü D.Ağazadə xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş beyinin əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Cebhe.info