Dönərdən zəhərlənənlərin 15-i uşaqdır

Dönərdən zəhərlənənlərin 15-i uşaqdır

Zaqatalada zəhərlənən şəxslərdən 16-sı artıq evə buraxılıb.

"Cebhe.info" xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

“Mayın 7-si saat 17:40-dan başlayaraq zəhərlənmə şübhəsilə 34 nəfər (21 qadın cinsli, 13 kişi cinsli olmaqla) Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə daxil olub. Onlardan 15-i uşaqdır.

Hər birinə zəruri tibbi xidmət göstərilib, 16 nəfər artıq evə buraxılıb.

Digərlərinin vəziyyəti stabil olaraq qiymətləndirilir və gün ərzində evə buraxılmaları nəzərdə tutulur”, - açıqlamada deyilir.

"Cebhe.info"