Dönərxanada zəhərlənmə: Hansı toyuq ətindən olur?

Dönərxanada zəhərlənmə: Hansı toyuq ətindən olur?

Zaqatalada dönərdən zəhərlənənlərin sayı artıb.

Axşam saatlarından başlayaraq toyuq dönəridən zəhərlənərək Zaqatala Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə müraciət edənlərin sayı 40-a çatıb.

“Cebhe.info” xəbər verir ki, zəhərlənənlərin hamısının toyuq ətindən hazırlanmış dönər yediyi məlum olub. Zəhərlənənlər arasında tələbələrdə var. Qeyd olunub ki, Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialınında iki tələbəsinin də toyuq ətindən hazırlanmış dönərdən zəhərlənərək Zaqatala RMX-a müraciət ediblər. 

Zəhərlənən şəxslər Zaqatala şəhərinin müxtəlif dönərxanalarında hazırlanmış dönərlərdən istifadə ediblər. Faktla bağlı müvaviq qrumlar tərəfindən araşdırmalara başlanılıb. 

Maraqlıdır, görəsən toyuq ətindən nəyə görə zəhərlənmə baş verir? 

Məsələ ilə bağlı Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası (APEPEA) İdarə Heyətinin sədri Mürvət Həsənli “Cebhe.info”-ya açıqlamasında bildirib ki, dönərxanalarda zəhərlənməyə səbəb xaricdən, əsasən də Belarus və Ukraynadan idxal olunan donmuş toyuq ətindən baş verib:

“Ölkənin daxili bazarını toyuq əti ilə təmin etmək üçün əlimizdə kifayət qədər toyuq əti yoxdur. Biz əsasən iri şəbəkə marketləri və digər satış obyektlərini gündəlik olaraq tam təmin edə bilmirik. Təmin edə bilmədiyimiz yerlərə də toyuq əti idxal olunur”. 

O bildirib ki, marketlərdə və bazarlarda satılan bütün toyuqlara gündəlik olaraq baytarlıq arayışı alınır:

“Yəni gündəlik hər bir toyuğun sağlamlığı yoxlanıldıqdan sonra Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən satışa çıxarılmasına icazə verilir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi gündəlik yoxlayır, baytarlıq arayışı verir və baytarlıq arayışının şəbəkə marketlərə təqdim etdikdən sonra onlar toyuq ətini satışına icazə verirlər. Ona görə mən inanmıram ki, zəhərlənmə bizim yerli toyuq ətindən olsun”. 

M.Həsənli qeyd edib ki, yerli toyuq ətindən zəhərlənmə faktı varsa belə, başqa səbəblərdən olması ehtimalı güclüdür: 

“Görünür ya saxlanılma şəraiti, ya da digər səbəblərə görə zəhərlənmə olur. Bu isə sahibkarın öz günahından ola bilər. Çünki toyuq əti satışa çıxmadan öncə yoxlanılır”. 

Həsən Məmmədov 
“Cebhe.info”