Goranboyda qayınana gəlinini yaralayıb - YENİLƏNİB

Mayın 14-də saat 20:50 radələrində 2001-ci il təvəllüdlü şəxs (qadın cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Cərrahiyyə şöbəsinə hospitalizasiya olunub.
TƏBİB-dən verilən məlumata görə, qarnın ön divarının daxilə keçmiş deşilmiş yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi yardımlar göstərilib:
"Hazırda müalicə və müayinəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti stabil olaraq qiymətləndirilir".
***
14 may, 23.03
Goranboy rayonunda bədbəxt hadisə nəticəsində bir nəfər ağır xəsarət alıb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Dəyirmanlar kəndində baş verib.
2001-ci il təvəllüdlü N.Xudaverdiyeva qarının travması diaqnozu ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib.
İlkin məlumata görə, hadisə zamanı qadının qaynanası – 1968-ci il təvəllüdlü G.Xudaverdiyevanın əlində olan tirdən açılan atəş nəticəsində güllə dəmiri deşərək gənc qadına dəyib.
Hadisənin ehtiyatsızlıqdan baş verdiyi iddia edilir.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"