İmtahan yollarda sıxlıq yaradıb? - FOTO

Ümumtəhsil müəssisələrinin məzunları üçün tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanın keçirildiyi məktəblərin qarşısındakı yollarda vəziyyət nəzarət altındadır.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən "Cebhe.info"ya verilən məlumata görə, mərkəzin əməkdaşları tərəfindən müşahidə kameraları vasitəsi ilə həmin yollar diqqətdə saxlanılır.
Hazırda imtahanın keçirildiyi təhsil müəssisələrinin ətrafındakı yollarda sıxlıq müşahidə edilmir.
"Cebhe.info"