Qəbələdə avtomobil yoldan çıxaraq ağaca çırpılıb

Qəbələdə avtomobil yoldan çıxaraq ağaca çırpılıb

Qəbələ rayonu Nohurqışlaq kəndi ərazisində  “Hyundai” markalı avtomobilin sürücüsü Vüqar Məmmədşahovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq ağaca çırpılıb.

Oxu.Az-ın məlumatına görə, nəticədə sürücü aldığı xəsarətlərdən ölüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılır.

"Cebhe.info"