Sabirabadda inkassatorun vurduğu qız xəstəxanada öldü

Sabirabadda inkassatorun vurduğu qız xəstəxanada öldü

Sabirabadda inkassatorun vurduğu qız 4 gün sonra xəstəxanada ölüb.

APA xəbər verir ki, martın 17-də 1978-ci il təvəllüdlü Zeynalov Rauf Süleyman oğlu idarə etdiyi inkassator “Ford Transit” markalı avtomobillə Sabirabad rayonu, Bala-Həşimxanlı kəndi ərazisində hərəkətdə olan zaman qarşısına çıxan velosipedçi 1972-ci il təvəllüdlü Əliyev Suliddin Lətif oğlunu vurması nəticəsində sonuncu hadisə yerində ölüb.

Oturacaqda əyləşən qızı 2011-ci il təvəllüdlü Əliyeva Zeynəb Suliddin qızı xəsarətlər alaraq Şirvan şəhər mərkəzi xəstəxanasına daxil olub.

Onun vəziyyəti ağır olduğundan Bakıda yerləşən özəl xəstəxanaya köçürülüb.

Lakin həkimlərin səylərinə baxmayaraq o, xəstəxanada ölüb.

Cebhe.info