Tanınmış vəkil: “Ağadadaş Ağayevin işi çətindir”

Xəbər verdiyimiz kimi, Xalq artisti Ağadadaş Ağayev və tanışı arasında dava olub.
Hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb. Məlumata görə, A.Ağayev tanışı ilə söyüş üstündə dava edib. DİN-dən bildirilib ki, iyulun 22-də Bakı şəhər sakini olan N.Cəlilov ərizə ilə polisə müraciət edərək həmin gün saat 07 radələrində gözətçi işlədiyi özəl tibb müəssisələrindən birində olan zaman paytaxt sakini A. Ağayevin xuliqanlıq zəminində onu söyərək təhqir etdiyini əlindəki balta ilə onu hədələdiyini bildirib. N.Cəlilov daha sonra izahatında A.Ağayevin baltanı ona tərəf atan zaman orada çalışan N.Paşayevanın ayaq nahiyəsinə dəydiyini və xəsarət yetirdiyini də qeyd edib. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.
İcitmaiyyət tərəflərdən hansının günahkar olması ilə bağlı demək olar ki, iki cəbhəyə ayrılıb.
Məsələ ilə bağlı hüquqşünas Əsabəli Mustafayev "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, bu məsələdə hər iki tərəfin də günahı var:
"Mühafizəçi kobud cavab versə belə, ona balta ilə hücum etmək doğru deyil. Lakin mühafiçənin də burada günahı var. O, özünü müdafiə edə bilər, lakin bu hüquqi müdafiə bəlli bir həddi aşmamalı idi. Videoda isə mühafizəçinin müdəfiə həddinu aşaraq zor tətbiq etdiyi görünür. Hər iki şəxs günahkardır. Ağadadaş Ağayevin işi isə çətindir, çünki onun əməli, balta ilə hücumu sanki qətl məqsədi daşıyır. Məsələ araşdırılmalıdır, Ağadadaş bəyin baltanı nə niyyətlə götürməsi dəqiq araşdırılaraq, hüquqi qiymət verilməlidir”.
Ləman İsmayıl
"Cebheinfo.az"