Bakıda kikboksinq üzrə Respublika Kuboku start götürüb - FOTOLAR

Bakıda kikboksinq üzrə Respublika Kuboku start götürüb - FOTOLAR

Bakı İdman Sarayında kikboksinq üzrə yeniyetmə, gənclər və böyüklər arasında Respublika Kuboku start götürüb.

Azərbaycan Kikboksinq Federasiyasının (AKF) mətbuat xidmətindən verilən məlumata görə, "Low kick" və "Full Contact" versiyası üzrə keçirilən yarış 2023-cü il üçün milli komandaların heyətini müəyyənləşdirmək üçün keçirilir.

Dekabrın 9-u saat 16:00-dan etibarən yarışın qala gecəsi baş tutacaq. Qala gecədə böyüklər arasında seçilmiş 10 final görüşü olacaq.

Həmin gün Milli Məclisin sədr müavini, AKF fəxri prezidenti Adil Əliyevin iştirakı gözlənilir.

Cebhe.info