Cud Bellinqem Ueyn Runinin milli rekordunu yenilədi

Cud Bellinqem Ueyn Runinin milli rekordunu yenilədi

İngiltərə millisində çıxış edən Cud Bellinqem keçmiş futbolçu Ueyn Runini qabaqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, o, milli komandada 21 yaşadək 41-ci dəfə meydana çıxaraq, Runini (40 oyun) qabaqlayıb.

Qeyd edək ki, İngiltərə millisi ötən gün keçirilən DÇ-2026-nın seçmə mərhələsində Albaniya seçməsini 2:0 hesabı ilə məğlub edib.

"Cebheinfo.az"