Əliyar Ağayev AVRO-2024-ün seçmə mərhələ matçına təyinat alıb

Əliyar Ağayev AVRO-2024-ün seçmə mərhələ matçına təyinat alıb

Azərbaycanlı hakim Əliyar Ağayev UEFA-dan növbəti dəfə təyinat alıb.

Qitə futbol qurumunun rəsmi saytının məlumatına görə, 36 yaşlı referi AVRO-2024-ün seçmə mərhələsinin ilk turunda iş başında olacaq.

O, G qrupunun Bolqarıstan – Monteneqro matçında ədaləti qoruyacaq. FIFA referisinə həmin qarşılaşmada Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Kamal Umudlu isə ehtiyat hakim olacaq.

Azərbaycanlı hakimlərin işinə portuqaliyalı hakim-inspektor Joao Ferreyra qiymət verəcək.

Qeyd edək ki, Bolqarıstan – Monteneqro görüşü martın 24-də “Ludoqorets Arena”da keçiriləcək.

Cebhe.info