İmmobile ilkə imza atdı

Türkiyə Super Liqasında ötən axşam 33-cü turun matçları keçirilib.
"Cebheinfo.az" xəbər verir ki, "Beşiktaş" "Hatayspor"u 5-1 hesabı ilə məğlub edib.
Bununla da Hatay təmsilçisinin ikinci liqaya düşəcəyi rəsmiləşib.
İstanbul klubununda isə sözügedən matç Ciro İmmobile üçün əlamətdar olub.
Belə ki, uzun müddət sonra əsas heyətdə başlayan forvard 3 qolla matça damğa vurub.
O, bunun "Beşiktaş"dakı ilk het-triki kimi tarixə keçib.İtaliyalı futbolçu bütün turnirlər daxil olmaqla, İstanbul təmsilçisində 18 qol vurmağı bacarıb.
Elmir
"Cebheinfo.az"