Niderland - Azərbaycan oyununun hakimləri bəlli oldu
Futzal üzrə Azərbaycan millisinin DÇ-2024-ün elit mərhələsində səfərdə Niderland yığmasına qarşı keçirəcəyi oyunun təyinatları açıqlanıb.
Cebhe.info AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, matçı Litvadan olan hakimlər briqadası idarə edəcək.
Meydanda ədaləti Dominykas Norkus, Mantas Pomeckis və İrmantas Kapraşovas qorumağa çalışacaqlar. "Timekeeper" isə niderlandlı Joern Te Kloeze olacaq.
Qeyd edək ki, dekabrın 20-də reallaşacaq Niderland - Azərbaycan görüşü saat 21:30-da başlanacaq. Millimiz dekabrın 15-də isə Rumıniyanı qəbul edəcək.
Cebhe.info