Paris-2024: Azərbaycan millisi növbəti dəfə çıxış edib - YENİLƏNİB 2
Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında növbəti dəfə çıxış edib.
Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət heyət bu dəfə üç lent və iki topla bacarıqlarını göstərib.
Yığma 28.150 xala layiq görülüb. Milli halqalarla hərəkətlərdə 33.850 xal toplamışdı.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
13:35
Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandasının Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında ilk cəhdlərdən sonra mövqeyi bəlli olub.
Yığma hazırda 8-ci pillədə qərarlaşıb.
Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət heyət halqalarla hərəkətdə 33.850 xala layiq görülmüşdü. Komanda üç lent və iki topla da bacarıqlarını göstərəcək.
Təsnifat mərhələsində 24 kollektiv mübarizə aparır. Ən yaxşı 8 milli finala vəsiqə qazanacaq.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
12:16
Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.
Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət heyət ilk olaraq halqalar ilə hərəkətlərdə çıxış edib.
Yığma 33.850 xala layiq görülüb. Komanda üç lent və iki topla da bacarıqlarını göstərəcək.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
"Cebheinfo.az"