Pepe Reyna yenidən İtaliyada

Pepe Reyna yenidən İtaliyada

İspaniya millisinin sabiq qapıçısı Pepe Reyna yenidən İtaliyaya qayıdır.

Bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, 41 yaşlı qolkiper yeni mövsümdən A Seriyasında mübarizə aparacaq "Komo" komandasına keçəcək. Onunla bir illik müqavilə imzalanacaq.

Qeyd edək ki, Pepe Reyna İspaniya yığmasının heyətində dünya və Avropa çempionu olub.

"Cebhe.info"