“Qəbələ” fransalı futbolçu ilə yollarını ayırdı

“Qəbələ” fransalı futbolçu ilə yollarını ayırdı

“Qəbələ” fransalı futbolçu Bilel Auaşeriya ilə vidalaşıb.

"Cebhe.info" xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

2023-cü ilin yayından komandada çıxış edən legioner “qırmızı-qara” formada 42 matçda 6 qol vurub. Bilel Premyer Liqada 35 (6 qol), Azərbaycan kubokunda 5, avrokuboklarda 2 matçda iştirak edib.

"Cebhe.info"