“Real Madrid” əzəli rəqibini təbrik etdi

İspaniyanın “Real Madrid” klubu əzəli rəqibi “Barselona”nı yaranmasının 125-ci il dönümü münasibəti ilə təbrik edib.
“Kral klubu” kataloniyalılarla rəqabətin olduqca qürurverici bir hiss olduğunu qeyd edib.
İspaniyanın ən titullu 2 klubu sayılan “Real Madrid” və “Barselona” ölkə futbolu üçün əvəzsiz töhfələri ilə yadda qalıb. La Liqada və beynəlxalq turnirlərdə hər zaman çempionluğa oynayan 2 komanda milli komandanın da əsas nüvəsini təşkil edir.
“El Klassiko” adlanan “Real Madrid” – “Barselona” derbisi bütün dünyada maraqla gözlənilən futbol matçlarından biridir. Müxtəlif turnirlərdə bu günədək 189 dəfə qarşılaşan 2 komanda arasında madridlilər 79, katalonlar isə 75 dəfə qələbə qazanıb. 35 matç isə heç-heçə yekunlaşıb.
"Cebheinfo.az"