Ronaldinyo ən güclü braziliyalı futbolçunun adını açıqlayıb

Ronaldinyo ən güclü braziliyalı futbolçunun adını açıqlayıb

Braziliya millisinin, "Barselona" (İspaniya), PSJ (Fransa) və "Milan" (İtaliya) klublarının sabiq üzvü Ronaldinyo hazırda karyerasını davam etdirən ən güclü həmyerlisinin adını açıqlayıb.

"Report" "Tuttosport"a istinadən xəbər verir ki, 45 yaşlı sabiq oyunçu "Real"ın (İspaniya) vingeri Vinisius Junioru ən güclü "sambaçı" hesab edib.

"Rafinyanı mən də çox bəyənirəm. Lakin düşünürəm ki, Vinisius dünyanın ən güclü braziliyalı futbolçusudur", - deyə Ronaldinyo bildirib.

Qeyd edək ki, Vinisius "Kral klubu"na 2018-ci ilin yayında "Flamenqo"dan keçib. O, bu müddət ərzində bütün yarışlarda 307 matçda iştirak edib və 104 qol vurub.

"Cebheinfo.az"