Büdcə gəlirləri 10 faiz ARTIB

Büdcə gəlirləri 10 faiz ARTIB

2023-cü ilin ötən dövründə xarici ticarət balansının əhəmiyyətli həcmdə müsbət saldosunun yaranması, xarici borcun azalması və büdcə gəlirlərinin yüksək icrası əldə olunmuş çox müsbət nəticələr kimi dəyərləndirilib

Bu barədə 2024-cü il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, həmçinin Azərbaycan Respublikasının 2024-cü il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinin müzakirəsinə həsr olunmuş Nazirlər Kabinetinin geniş iclasında deyilib.

Bildirilib ki, bütün bunlar nəticəsində 2023-cü ilin dövlət büdcəsinə yenidən baxılıb və büdcə gəlirləri 3.1 mlrd. manat və ya 10.1%, büdcə xərcləri isə 3.3 mlrd. manat və ya 9.8% artıb.

Cebhe.info