Mərkəzi Bank AZİR indeksinin depozit faizlərinə təsirini açıqlayıb

Bir günlük AZİR indeksinin 1 faiz bəndi dəyişimi fiziki şəxslər üzrə depozit faizlərinə 0,14-0,27 faiz bəndi təsir edir.
"APA- Economics” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Pul siyasəti departamentinin müavini Elçin Güləliyev deyib.
Onun sözlərinə görə, artıq 2023-cü ilin noyabr ayından 1D AZİR indeksi faiz dəhlizi daxilində formalaşır ki, bu da pul siyasətinin ötürücülüyündə faiz kanalının faiz kanalının işləməyə başladığını göstərir.
O qeyd edib ki, ötən 2 ilin təcrübəsi və qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ekspertləri ilə SIX əməkdaşlıq çərçivəsində AZIR indeksinin hesablanmasının yeni və daha təkmil qaydaları hazırlanaraq təsdiq edilib:
"Əsas yeniliklər kənar göstəricilərin təmizlənməsi (trimming), müxtəlif müddətlər üzrə toplanan (compounded) faizli AZIR dərəcələrinin hesablanaraq açıqlanması, tələb olunan səviyyədə emaliyyatların olmadığı günlər üçün AZIR-in dərəcinin davamlılıq planları və toplanmış faizli artan AZIR indeksidir”.
"Cebheinfo.az"