Qızılın qiyməti ilə bağlı PROQNOZ

2024-cü ilin ilk rübündə qızıl qiymətlərində bahalaşma qeydə alınıb.
“Cebhe.info” xəbər verir ki, bu haqda məlumat Dünya Bankın (DB) hesabatında yer alıb.
Bildirilib ki, martda qızıl bahalaşmasında təsirlənən qiymətli metallar indeksi 6.8 faiz artıb.
Qızılın qiymətinin əhəmiyyətli bahalaşmasının əsas səbəbi kimi geoiqtisadi gərginlik və qeyri-müəyyənliklər fonunda təhlükəsiz aktivlərə olan tələbin kəskin artması göstərilir.
Ortamüddətli perspektivdə bir qədər ucuzlaşması proqnozlaşdırılan qızıl qiymətlərinin 2015-2019-cu illərdəki səviyyəsindən xeyli yuxarıda qalacağı gözlənilir.
Vilayət Muxtar
“Cebhe.info”