Masallıda 25 yaşlı oğlan qətlə yetirilib

Masallıda qətl hadisəsi baş verib.
Masallı rayonunun Musaküçə kənd sakini, 1998-ci il təvəllüdlü Elməddin Kərim oğlu Kərimov kəsilmiş-deşilmiş xəsarətlər alıb. Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub. Buna baxmayaraq E.Kərimov aldığı xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Cebhe.info