60 illik viski 2.2 milyona satıldı

60 il əvvəl hazırlanan "Macallan Valerio Adami" viskisi hərracda 2.2 milyon funt-sterlinqə satılıb.
Satış "Sotheby's" auksionunda baş tutub.
Məlumatda deyilir ki, viskinin istehsalına 1926-cı ildən başlanılıb. 1986-cı sonuncu çəlləklərdən yalnız 40 şüşə "The Macallan" viskisi doldurulub.
Viski satılmazdan əvvəl "The Macallan" içki zavodunda təmir edilmiş yeganə şüşədir. Onun kapsul və tıxacı dəyişdirilob, etiketinə yeni yapışdırıcı vurulub.
Cebhe.info