Atmaca: “Mənim də atam səfir olsaydı, “Dünya gözəli“ seçilərdim“
24 yaş İdil Bilgen “Miss Türkiyə 2024”ün qalibi olması birmənalı qarşılanmayıb.
Yenisabah.az xəbər verir ki, onun Türkiyənin Ukraynada səfiri olan Mustafa Levent Bilgenin qızı olduğu ortaya çıxandan tənqid səngimir.
İdilin birinciliyə layiq olmaması və atasının vəzifəsinə görə qalib seçilməsi iradlarını görməmək üçün İdil hesabında şərh bölməsini bağlayıb.
Onun bu hərəkətinə müğənni Demet Akalın da münasibət bildirib:
"Bəlkə, tacı geri vermək istəyər, ya da vətəndaşlar arasında səsvermə keçirilər. Qız bütün şərhləri də bağlayıb. Birinci olmağı çox istəyirmiş. Əzizim, sən istəyirsən, amma müsabiqə gözəllik yarışmasıdır, ayrı-seçkilik deyil. Mənim də atam səfir olsaydı, "Dünya gözəli" seçilərdim".
"Cebheinfo.az"