Bədəndən gələn qəribə səslər: Nəyin əlamətidir?

İnsan orqanizminin yan təsirlərindən biri də müxtəlif səslərdir. Bu səslər insanları olduqca naraat edir.
Cebhe.info bu səslərlə bağlı həkim rəylərini təqdim edir.
Nəfəs alarkən və burundan nəfəs verərkən xırıltı
Bir zərbədən və ya burnun hər hansı digər zədələnməsindən sonra belə bir səs eşidilməyə başlayırsa, bu, burun dəlikləri arasındakı qığırdaqların zədələndiyini göstərə bilər. Bu vəziyyətdə lor və ya plastik cərrahla əlaqə saxlamalısınız.
Qulaqda cingilti
Bu, qan damarlarının tıxanması demək ola bilər. Qulaqlarınızdakı "qəribə" zəng və ya digər səs iki gündən çox davam edərsə, ağrı və ya başgicəllənmə ilə müşayiət olunursa, infeksiya və ya nevroloji problemi yoxlamaq üçün həkimə gedin.
Dizlərdə şaqqıltı
Ağrı və ya sərtliklə müşayiət olunan belə səs bəzən yırtılmış vətər və ya bağ, qırıq və ya qığırdaq zədələnməsini göstərir. Səs daha çox cırıltı kimi eşidilirsə, qığırdaqların məhv olması səbəbindən osteoartrit mümkündür.
Mədədə gurultu
Qarın müxtəlif "qəribə" səslər çıxara bilər. Əgər bu səslər yüksək səslənirsə və onlara əlavə olaraq, bir şəxs ağrıdan şikayət edir, ürəkbulanma yaşayır, lakin bağırsaq hərəkəti yoxdursa, bu, qismən bağırsaq tıxanıqlığını göstərə bilər. Tibbi ekspertləri bildiriblər ki, bu problem həm də həkim müayinəsi tələb edir, çünki cərrahi müdaxilə tələb oluna bilər.
Xəzər
Cebhe.info