Bəzi insanlar niyə koronavirusa yoluxmadılar?

Bəzi insanlar niyə koronavirusa yoluxmadılar?

Azərbaycan və digər ölkələrdə koronavirus infeksiyasına yoluxmamağı bacaran insanlar var. 

“Cebhe.info” “Ura.ru”-ya istinadən xəbər verir ki, virusoloq Pyotr Çumakov bu səbəbə aydınlıq gətirib. O, bu insanların sirri və özəlliyini açıqlayıb.

O deyib ki, əslində COVID olmayan insanlar əvvəllər başqa bir koronavirusun səbəb olduğu infeksiyaya yoluxa bilərlər. Nəticədə, bu, onlara pandemiya zamanı qoruyan xüsusi çarpaz toxunulmazlıq verib.

Həkim onu da əlavə edib ki, bir çox insanlar infeksiyanı simptomsuz keçirib.

Çumakovun həmkarı, Hamaley adına Epidemiologiya və Mikrobiologiya Elmi-Tədqiqat Mərkəzinin baş elmi işçisi, virusoloq Anatoli Altşteyn də koronavirus infeksiyasına yluxmayan insanların spesifik immunitetə malik olduğunu qeyd edib: 

“Çox güman ki, onlar virusa o qədər davamlıdırlar ki, yoluxmaq üçün böyük doza virusa ehtiyac duyurlar”.

Xəzər
“Cebhe.info”