Bir paket çay insanı öldürə bilər

Yalnız bir paket çay insan orqanizmi üçün təhlükəli olan milyardlarla mikroplastik hissəcikləri buraxa bilər.
“Cebheinfo.az” xəbər verir ki, “Daily Mail” Barselona Muxtar Universitetinin alimlərinə istinadən yazır.
Onların fikrincə, bu hissəciklərin əksəriyyəti bağırsaqlar tərəfindən sorulur, lakin onların bir hissəsi genetik materialın olduğu insan hüceyrələrinin nüvələrinə daxil ola bilir.
"Erkən araşdırmalar göstərdi ki, qida qablaşdırması mikroplastiklərin əsas mənbəyidir",- deyə məqalə müəllifləri yazır.
Alimlər mikroplastiklərin insan sağlamlığına mümkün təsirindən ciddi narahatdırlar, lakin onun bütün aspektləri öyrənilməyib.
İnsanlar mikroplastikləri nəfəs alma, yemək və içmə yolu ilə qəbul edirlər.
Nəşr polipropilen çay paketlərinin ən təhlükəli olduğu və hər millilitrdə orta hesabla 1,2 milyard mikroplastik hissəcik buraxdığı məlumatlara istinad edir. Neylon torbalar hər millilitrdə 8,18 milyon hissəcik buraxır.
Əvvəllər Quançjou Tibb Universitetinin və Jinan Universitetinin tədqiqatçıları sübut etmişdilər ki, qaynar su ondan mikroplastiklərin 84%-ni təmizləyir. Çin alimlərinin vurğuladığı qaynama prosesi mikroplastiklərin 90%-ə qədərini sərt sudan, 25%-ə qədəri isə yumşaq sudan təmizləyir. Beləliklə, qaynama sağlamlıq üçün yaxşıdır, çünki mikroplastiklər daxili orqanlara zərər verir və bağırsaq xərçənginə səbəb olan zəhərli maddələr buraxır.
Xəzər
“Cebheinfo.az”