Bu virus uşaqları öldürür - Həkimdən xəbərdarlıq

Bu virus uşaqları öldürür - Həkimdən xəbərdarlıq

Havaların soyuması ilə müxtəlif virus infeksiyaları da geniş yayılıb.

Məşhur teleaparıcı və Moskva xəstəxanalarından birinin baş həkimi Aleksandr Myasnikov kəskin respirator virus infeksiyasının uşaqları öldürən bir formasından danışıb.

“Cebehinfo.az” “Rusiya 1” kanalında “Ən vacib” verilişində efirə çıxan həkim onun ölümcül təhlükəsindən “heç kim bilmir” deyə şikayətlənib. "Media susur" dedi Myasnikov, tənəffüs yollarına təsir edən, qanaxma və anemiyaya səbəb olan respirator sinsitial virusu nəzərdə tutduğunu aydınlaşdırdı.

Mütəxəssis xəbərdarlıq edib ki, bu tip virus iki yaşa qədər uşaqlar üçün xüsusi təhlükə yaradır. Onun sözlərinə görə, böyüklər arasında ölüm nisbəti 10% təşkil edir. Myasnikov misal çəkdi: 100 nəfər RSV ilə xəstəxanaya yerləşdirilibsə, onlardan 10-u “başqa qapılardan aparılıb”.

Respirator sinsitial virus tənəffüs yollarının infeksiyalarına səbəb olan virus növüdür. Yenidoğulmuşlarda və uşaqlarda aşağı tənəffüs yollarının infeksiyalarının əsas səbəbidir. Əksər hallarda uşaqlarda və böyüklərdə yuxarı tənəffüs yollarının xəstəliyi kimi - rinit, faringit və laringit şəklində baş verir.

Xəzər 
"Cebheinfo.az"