Çində dinozavrların ayaq izi fosili tapıldı

Çinli arxeoloqlar 120 milyon il əvvələ aid 400-dən çox dinozavr ayaq izi fosili (qabıq, sümük, diş, toxum, yarpaq ya da bir heyvan və ya bitki qalığı) aşkar ediblər.
"Cebhe.info" xəbər verir ki, kəşf daha əvvəl fosillərin tapıldığı Dinozavr dağı adlanan ərazidə edilib.
Rayonda çobanlıq edən kənd sakinləri məlumat verdikdən sonra arxeoloqlar işə başlayıb.
Bunun üzərinə bölgədə 400-dən çox dinozavr ayaq izi fosili aşkar edildi. Bölgədə yeni kəşflər haqqında axtarış işləri də sürətləndirilib.
Çin arxeoloqları bildiriblər ki, bu cür genişmiqyaslı və müxtəliflikdə ilk dəfə kəşf edilir.
Ayaq izi fosillərinin üç fərqli dinozavr növünə aid olduğu düşünülür. Arxeoloqlar qalıqların erkən Kretsey dövrünə aid olduğunu təxmin edirlər.
Xatırladaq ki, 1938-ci ildən bəri bölgədə 120 dinozavr fosili tapılıb.
Nigar Hacılı
"Cebhe.info"