"Google" gizli seqmentdəki qeydləri siləcək

"Google" gizli seqmentdəki qeydləri siləcək

"Google" istifadəçilərinin gizli seqmentdəki qeydlərini silməyə razılaşdı.

"Cebhe.info" xəbər verir ki, şirkət topladığı "yüz milyardlarla" şəxsi baxış məlumat qeydlərini siləcək.

2020-ci ildə ABŞ-də açılan və "Google"-u gizli rejimdə gəzərkən belə istifadəçi məlumatlarını toplamaqla insanların məxfiliyini pozmaqda günahlandıran qrup davası çərçivəsində razılaşma əldə edildi.

San-Fransiskoda federal məhkəmədə əldə olunan barışıq sazişinin şərtlərinə əsasən, şirkət müqaviləni 5 il müddətində qüvvədə saxlamağa razılaşıb.

"BBC"nin xəbərlərinə görə, məlumatların silinməsi ABŞ-dən kənarda da etibarlı olacaq.

"Google"un sözçüsü Jorge Kastaneda verdiyi açıqlamada, "Biz həmişə haqsız olduğuna inandığımız bu məhkəməni həll etməkdən məmnunuq" deyib.

Şirkətin heç bir təzminat ödəməyəcəyini ifadə edən Kastaneda bildirib ki, heç bir şəxslə əlaqəli olmayan və heç vaxt fərdiləşdirmə üçün istifadə edilməyən köhnə texniki məlumatları silməkdən məmnunuq.

Nigar Hacılı 
"Cebhe.info"