Həddən artıq yeməkdən özümüzü necə saxlayaq? - HƏKİM

Bir çoxları istəməsələr belə həddindən artıq yemək problemi ilə üzləşirlər.
Xüsusilə də bayram günlərində yeməkdən asan vaz keçmək mümkün olmur.
Bunun nəticələri mədə-bağırsaq traktında ciddi problemlər ola bilər - ürək yanması, şişkinlik, mədədə ağırlıq və s.
Bunun öhdəsindən gəlməyə necə kömək etmək olar?
“Cebheinfo.az” xəbər verir ki, bu sualı “Telegram”-da endokrinoloq Zöhrə Pavlova cavablandırıb.
Həkimin sözlərinə görə, bəzi qaydalara əməl etsəniz, "bərpa" prosesini sürətləndirə və mədə-bağırsaq traktının işini asanlaşdıra bilərsiniz.
Birincisi, ağır fiziki gücdən və güclü məşqdən çəkinməlisiniz. Bu müddətdə ac qalmamalısınız - kiçik hissələrdə yüngül yeməklər (tərəvəz, balıq, yağsız ət) yemək daha yaxşıdır. Spirtli içkilərdən də çəkinməlisiniz, çünki o, qaraciyərə, digər daxili orqanlara yükü artıracaq və yenidən iştahınızı açacaq. Z.Pavlovanın sözlərinə görə, adi su içmək olar, ancaq az-az, kiçik qurtumlarla.
Bundan əlavə, həkim insanları gündüz yatmaqdan və divanda uzanmaqdan çəkinməyə çağıraraq, üfüqi vəziyyətdə qidanın həzminin ləngidiyini xatırladıb. Z.Pavlova təmiz havada gəzməyi də məsləhət gördü.
Xəzər
“Cebheinfo.az”