İnfarktın müalicəsi üçün yeni dərman yaradıldı
İnfarktın müalicəsində yeni dərmanın tədqiqinə başlanılıb.
"Cebheinfo.az" xəbər verir ki, bununla bağlı Avstraliyanın Kvinslend Universiteti məlumat yayıb.
Bildirilib ki, ən zəhərli buğumayaqlılarından biri olan huni hörümçəyində tapılan və "Hi1a" kimi tanınan peptidin həm infarkt zamanı zədələnmənin qarşısını ala bilər.
Tibbi Araşdırma Fondunun təxminən 12 milyon dollarlıq yardımı sayəsində dərmanın insanlar üzərində sınaqdan keçirilməsi üçün sınaqlara başlanılacaq.
Sınaqlar təxminən, 4 il davam edəcək və uğurlu olarsa, geniş surətdə satışına başlanılacaq.
Naibə
"Cebheinfo.az"