“Mən sadəcə boşanmaq istəmişdim” - VİDEO
3 gün öncə türkiyəli musiqiçi, rejissor, aparıcı Oğuzhan Uğurun təqdimatında “BaBaLa” yutub kanalında yayımlanan “Mevzular Açık Mikrofon” proqramının xüsusi buraxılışı ölkədə gündəm yaradıb.
"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, proqramda bir çox məşhur sənət adamları qonaq olub. Hər kəs öz həyatında qarşılaşdığı və yaşadığı ağır məqamlardan söz açıb.
Proqrama dəvətli olan Cemile Yıldız adlı bir xanım isə danışdığı ağır həyat hekayəsi ilə hər kəsi göz yaşına boğub. Belə ki, proqramın anons hissəsi yayımlanandan bəri onun dedikləri bütün sosial şəbəkələrdə müzakirə olunur.
Yaşadıqlarını danışan ana bildirib ki, boşanmaq istədiyi üçün həyat yoldaşı onun övladlarını öldürüb, daha sonra isə intihar edib:
“Mən sadəcə boşanmaq istəmişdim. 100 gün əvvəl övladlarım ataları tərəfindən mələk oldu”.
Qeyd edək ki, hadisə iyul ayında Ankaranın Çankaya bölgəsində baş vermişdi. Belə ki, inşaat mühəndisi Murat Keklik 14 yaşlı oğlu Yağız və 11 yaşlı qızı Doğanı tapanca ilə vuraraq qətlə yetirib. Daha sonra isə eyni silahla özünü də vuraraq intihar edib. Hadisəyə səbəb isə Cemile Yıldızın psixoloji problemləri olan Kekliklə 16 illik evliliyinə son qoymaq qərarına gəlməsi olub. Məhkəmənin qərarı ilə uşaqlar 1 ay müddətinə atalarına təhvil verilmiş, hadisə də elə həmin vaxt baş vermişdi.
"Cebheinfo.az"