“Samsung” rekord qırdı: “Apple”-ı üstələdi

“Samsung” rekord qırdı: “Apple”-ı üstələdi

İlin birinci rübündə qlobal miqyasda 289,4 milyon smartfon satılarkən "Samsung" 20,8 faiz bazar payı ilə "Apple"ı satışda geridə qoymağı bacarıb.

"Cebhe.info" xəbər verir ki, beynəlxalq məlumat şirkəti "IDC" 2024-cü ilin birinci rübündə qlobal smartfon tədarükü ilə bağlı hesabatını açıqlayıb.

Müvafiq olaraq, ilin yanvar-mart dövründə qlobal bazarda 289,4 milyon smartfon satılıb.

Smartfon satışları ilin ilk 3 ayında keçən ilin eyni dövrü ilə müqayisədə 7,8 faiz artarkən, ən çox smartfon satan şirkət "Samsung" olub.

Birinci rübdə 60,1 milyon smartfon satmağı bacaran Samsung, dünyanın ən böyük smartfon satıcısı olaraq "Apple"-ı geridə qoyub.

Cənubi Koreyanın smartfon istehsalçısı "Samsung"un satışları birinci rübdə keçən ilin eyni dövrü ilə müqayisədə 0,7 faiz azaldığı halda, onun bazar payı 20,8 faiz olub.

Yanvar-mart dövründə "Apple"-ın satışları 9,6 faiz azalaraq 50,1 milyon olub. Şirkətin bazar payı 20,7 faizdən 17,3 faizə qədər azalıb.

“iPhone” tədarükündə azalma Çində şirkət və dövlət qurumlarının əməkdaşlarının “Apple” brend cihazlarından istifadəsinə məhdudiyyət qoyulması ilə bağlı olub.

Çinin smartfon istehsalçısı "Xiaomi"nin birinci rübdə satışlarını 33,8 faiz artırması diqqət çəkib.  

Şirkət 40,8 milyon ədəd satışla üçüncü yeri tutarkən, bazar payı 11,4 faizdən 14,1 faizə yüksəlib.

Çin istehsalçısı "Transsion" da sözügedən dövrdə 28,5 milyon telefon satışı ilə bazar payını 9,9 faiz artıraraq dördüncü yerdə qərarlaşıb.

Sözügedən dövrdə Çin istehsalçısı "Oppo" 25,2 milyon smartfon sataraq beşinci yerdə qərarlaşıb.

Şirkətin satışları ilin birinci rübündə 2023-cü ilin eyni rübü ilə müqayisədə 8,5 faiz azalarkən bazar payı 10,3 faizdən 8,7 faizə düşüb.

"LG", "Vivo", "Nokia" və "Blackberry" kimi digər smartfon markalarının satışları 84,7 milyon ədəd olaraq hesablanarkən, onların ümumi bazar payı yüzdə 29,3 olaraq təyin olundu.

Nigar Hacılı 
"Cebhe.info"