“Tesla” insanabənzər robotlar hazırlayır

“Tesla” insanabənzər robotlar hazırlayır

ABŞ-ın elektrikli avtomobil istehsalçısı “Tesla”-nın sahibi İlon Mask gələn il şirkətdə daxili istifadə üçün insanabənzər robotlara sahib olacağını açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə şirkətin təsisçisi İlon Mask “X” hesabında məlumat yayıb.

"Tesla" gələn il daxili istifadə üçün insanabənzər robotlara sahib olacaq. 2026-cı ildə isə digər şirkətlər üçün kütləvi istehsalda insanabənzər robotlar hazırlayacaq", - deyə İlon Mask qeyd edib.

Mask aprel ayında bildirmişdi ki, “Optimus” adlı “Tesla” robotu bu ilin sonuna qədər fabrikdə işləyə və 2025-ci ilin sonuna qədər satışa hazır ola bilər.

Xatırladaq ki, insanabənzər robot “Optimus”un prototipi 2022-ci ildə təqdim edilib.

Nigar Hacılı 
"Cebheinfo.az"