Ürək xəstəliklərini azaldan səhər yeməyi

“Düzgün səhər yeməyi ürək-damar xəstəliklərinin inkişaf riskini azalda bilər”.
Cebhe.info xəbər verir ki, bunu “MedicForum”-a dietoloq Yuliya Lemetina deyib.
Həkim yumurta və emal edilmiş ət məhsullarını - kolbasa, sosisi qoz-fındıqla əvəz etməyi məsləhət görür.
Belə ki, səhər yeməyində yeyilən sadəcə bir ovuc qoz ürəyin fəaliyyətini 17% yaxşılaşdırır və şəkər xəstəliyinə tutulma riskini azaldır. Həkim araşdırma məlumatlarına da istinad edərək bildirib ki, 50 qram kolbasanı paxlalılar və ya qoz-fındıq ilə əvəz edən insanlarda ürək-damar xəstəlikləri riski 23% azalıb.
Həkim səhər yeməyi üçün qoz-fındıqla meyvə salatı hazırlamağı məsləhət görüb. Bunun üçün sizə alma, armud, portağal, yarım stəkan badam, bir ovuc lazımdır.
Xəzər
Cebhe.info