"X"-də yeni funksiya yaradıldı

Amerikalı milyarder İlon Maska məxsus “X” (keçmiş "Tvitter") yeni funksiyasını açıqlayıb.
"Cebhe.info" xəbər verir ki, X "Premium"a abunə olmayanlar üçün şans verib.
Belə ki, istifadəçi başqa istifadəçiyə X "Premium" və ya "Premium+" hədiyyə edə biləcək. Bu funksiyanın aktivləşdirildiyi bildirilib.
"Premium" və ya "Premium+" hədiyyə etmək istəyirsinizsə, "Premium" abunəçisi olmayan istənilən hesabın profilinə daxil olub hədiyyə düyməsinə toxunmalısınız.
Daha sonra "Premium" və ya "Premium+" seçimlərindən birini seçmək lazımdır. Bundan sonra “hədiyyə və ödəniş” düyməsini sıxmaqla ödəniş edilir.
Bu prosesdən sonra hədiyyə alan şəxsə bildiriş göndərilir və hədiyyə qəbul edilir.
Naibə
"Cebhe.info"