Xərçəng riskini azaldan göyərti- Həkimlər danışdı

Ucuz və çox xeyirli olan ispanağın daha bir faydası üzə çıxıb.
Belə ki, o, xərçəng, katarakt və hipertoniyanın inkişaf riskini azaltmağa kömək edən faydalı xüsusiyyətlərə malikdir. Bununla belə, ispanaq urolitiyazlı insanlar üçün kontrendikedir.
“Cebhe.info” xəbər verir ki, bu barədə tanınmış rusiyalı həkim Yelena Malışeva danışıb. Onun sözlərinə görə, bu faydalarına baxmayaraq ispanağın tərkibində oksalatlar var ki, bu da böyrək daşlarının əmələ gəlməsinə səbəb ola bilər.
Oftalmoloq Mixail Konovalov qeyd edib ki, ispanaq tərkibində lutein və zeksantin olduğu üçün katarakt riskini azaldır.
Öz növbəsində immunoloq Andrey Prodeus əlavə edib ki, ispanaqda xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan qlikolipidlər var.
Xəzər
“Cebhe.info”