Dima Bilan Bakıya gəlir: Bilet qiymətləri neçəyədir?

Dima Bilan Bakıya gəlir: Bilet qiymətləri neçəyədir?

Rusiyanın Əməkdar artisti Dima Bilan Azərbaycana gəlir.

“Cebhe.info” xəbər verir ki, sevilən müğənni paytaxtda konsert proqramı ilə çıxış edəcək.

O, oktaybr 16-da Heydər Əliyev Sarayında pərəstişkarlarının qarşısına çıxacaq.

Konsertin saat 20:00-də başlayacağı qeyd olunub. 2008-ci ildə “Avroviziya” musiqi yarışmasının qalibi olan sənətçinin konsertinə maraq olduqca böyükdür.

Bu, bilet qiymətlərinə də öz təsirini göstərib. Belə ki, ən ucuz bilet 65 manatdan başlayır. Ən baha bilet isə 345 manata təklif olunur.

Elmir Mustafa
“Cebhe.info