Arman Eqoyan: “Avrasiya İqtisadi Birliyindən çıxmalıyıq”

Arman Eqoyan: “Avrasiya İqtisadi Birliyindən çıxmalıyıq”

“Avrointeqrasiya çox kiçik addımlarla başladı, hətta Avropa İttifaqı ilə deyil, Avropa Şurası ilə əlaqələrdən danışırıq”. 

“Cebhe.info” xəbər verir ki, bunu iyulun 3-də “Ermənistan-Şərq Tərəfdaşlığı-Aİ:

tərəfdaşlığın çağırışları və imkanları” adlı müzakirədə Ermənistan parlamentinin Avropaya inteqrasiya üzrə daimi komissiyasının sədri, hakim “Mülki Müqavilə” Partiyasından deputat Arman Eqoyan bildirib.

“Avropa inteqrasiyası qaçış deyil, bir prosesdir. Bu gün Aİ-yə üzv dövlətlər də Avropaya inteqrasiya edirlər. Üzvlük demək istəyiriksə, belə deyirik ki, müraciət edəndə, nə gözləyirik, nə almalıyıq, oxşar şərtlərlə danışaq ki, insanlar çaşmasın. Aİ-yə üzvlük üçün müraciət etmək istəyiriksə, ilk növbədə Serj Sarkisyanın Assosiasiya sazişini rəfdən çıxarmalıyıq. Bunun üçün biz Avrasiya İqtisadi Birliyindən çıxmalıyıq və ya heç olmasa çıxacağımızı söyləməliyik”, - Eqoyan qeyd edib.

Xəzər
“Cebhe.info”