ABŞ mediası Pezeşkianı manşet etdi: Göz yaşı, vədləri, ailəsi... - FOTO

ABŞ mediası Pezeşkianı manşet etdi: Göz yaşı, vədləri, ailəsi... - FOTO

ABŞ-nin dünyaca məşhur “New York Times” nəşri İranın yeni Prezidenti Məsud Pezeşkian haqqında məqalə dərc edib.

“Cebhe.info” xəbər verir ki, dövlət başçısının şəkli ABŞ nəşrində manşetdən verilib.

“İranda dəyişiklik vədləri” başlıqlı məqalədə Məsud Pezeşkianın şəxsi həyatı, xanımının yol qəzası nəticəsində dünyasını dəyişməsi, seçkilərdə qalib gəldikdən sonra mərhum həyat yoldaşı üçün tökdüyü göz yaşlarından bəhs edilib. Hətta İranda siyasətçilərin göz yaşları və romatik açıqlamaları nadir hallarda kameraların qarşısında baş verdiyi də vurğulanıb. Həmçinin, Pezeşkianın qızı ilə şəklinə də yer verilib.

İran Prezidentinin Qərblə münasibətlər barədə dedikləri də xüsusi qeyd olunub. Nəşrin ən diqqətçəkən vurğularından biri isə Məsud Pezeşkian xanımının yoxluğunda ailəsinin və üç övladının yanında olduğu kimi, İran xalqının da yanında qalacağına söz verməsiolub.

Elmir
“Cebhe.info”