Aİ “3+3”-lə bağlı mövqeyini açıqladı: "Sülh müqaviləsi..."

“Biz “3+3” formatındakı görüşlərə regionda problemləri olan ölkələrin qonşu kimi müzakirə edə bildiyi format kimi baxırıq. Belə bir düşüncə var ki, Bakı ilə İrəvan arasında sülh müqaviləsi “3+3” formatında müzakirə mövzusu olmamalıdır”.
Cebhe.info xəbər verir ki, bunu Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaar “Armenpress”-ə deyib.
“Mən onu da başa düşürəm ki, ən azı ilkin mərhələdə belə bir anlayış vardı, münaqişə, sülh müqaviləsi, nizamlanma həqiqətən də bu formatda müzakirə mövzusu olmamalıdır. Beləliklə, yenə də bizim üçün ən vacib olan tərəqqidir və hansı platformada olması daha az əhəmiyyət kəsb edir.
Əslində, bizim fikrimizcə, nizamlanma prosesində ciddi irəliləyiş əldə edə bilməməyimiz üçün heç bir real səbəb yoxdur, çünki qarşımızda duran masa üzərində olan məsələlər çox azdır. Hesab edirik ki, onlar çox müzakirə olunub. Biz nə üçün irəli gedə bilməməyimiz və Azərbaycan - Ermənistan münasibətlərin normallaşması istiqamətində çox sürətlə irəliləyə bilmədiyimiz üçün heç bir səbəb görmürük”, - deyə Klaar bildirib.
Xəzər
Cebhe.info