Əli Kərimliyə bu cəza verildi
AXCP sədri Əli Kərimli ilə bağlı verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə prosesi başa çatıb.
"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Nəsimi Rayon Məhkəməsi bir az əvvəl qərar çıxarıb.
Məhkəmə AXCP-nin keçmiş üzvü Aydın Əliyevin xüsusi ittiham qaydasında şikayətini əsaslı hesab edib.
Qərara əsasən, Əli Kərimli böhtan atmaqda təqsirli bilinərək 1500 manat məbləğində cərimə cəzasına məhkum edilib.
"Cebheinfo.az"