İrandan Qarabağla bağlı mühüm AÇIQLAMA
İran İslam Respublikası Qarabağı Azərbaycan Respublikasının bir hissəsi kimi tanıyır və hesab edir ki, bu bölgənin məsələləri, o cümlədən əhalinin hüquq və təhlükəsizliyi bu çərçivədə həll edilməlidir.
Bu sözləri İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Naser Kənani bu gün Tehranda keçirdiyi brifinqdə deyib. O bildirib ki, İran regionda baş verən hadisələri diqqətlə izləyir və tərəfləri sülhə dəvət edir.
Rəsmi nümayəndə İranın sülh yaratmaq üçün vasitəçilik etməyə hazır olduğunu bildirib və nəzərə çatdırıb ki, region dövlətlərinin mübahisəli məsələlərini 3+3 formatında, danışıqlar yolu ilə həll olunmasına tərəfdardır.
Cebhe.info