Sülhməramlılar erməniləri Ağdərə, Əsgəran və Xocavənddən çıxarır

Rusiya sülhməramlıları Ağdərə, Əsgəran və Xocavənddən gedən ermənləri müşayiət edir.
Cebhe.info erməni mətbuatına istinadən xəbər verir ki, sülhməramılar vətəndaşlara əşyaları maşınlara yükləməkdə kömək edir və karvanı müşayiət edir.
Bundan əvvəl sülhməramlılar Şuşa rayonunun bir kəndinin sakinlərini Ermənistana müşayiət edib. Bundan əlavə, son 24 saat ərzində Rusiya sülhməramlıları Qarabağın mülki əhalisi üçün ərzaq və yanacaq-sürtkü materialları ilə birlikdə 190 ton yükün çatdırılmasını təmin ediblər.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, 715 mülki şəxs, o cümlədən 402 uşaq Rusiya sülhməramlı kontingentinin bazaındadır.
Zəngəzurda ermənilərin qəbulu mərkəzi fəaliyyət göstərir. Yerli hakimiyyət orqanları vətəndaşları qeydiyyata alır.
Xəzər
Cebhe.info